"Hadisə bu gün günorta saatlarında Səbail rayonu ərazisində, şəhərdən üzü Bibiheybət məscidi istiqamətində baş verib".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.

"10-LU-054 dövlət nömrə nişanlı KIA markalı avtomobillə 77-SG-387 dövlət nömrə nişanlı BYD markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Bakının cənub çıxışında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, Su İdman Sarayının yaxınlığında BYD markalı avtomobillə KIA markalı maşın toqquşub.
Hadisə nəticəsində KIA aşıb.
Xəsarət alanlarla bağlı hər hansı məlumat yoxdur.
Əzizə İsmayılova