Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sülhməramlılar monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə yenə də şərait yaratmayıblar - VİDEO
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.
APA xəbər verir ki, bu barədə monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib.
Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş yol xəritəsinə uyğun olaraq Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.
Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.
Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda satışda olan yanacaqlarla bağlı şikayətlər müzakirə edildi
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları barədə İCMAL hazırlandı
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
Rəylər