Bu gün saat 07:45-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan ekspres sərnişin qatarı texniki səbəbə görə qrafikdən qismən kənara çıxıb və hərəkəti saat 08:20-də bərpa olunub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, sərnişinlər qrafikdə olan digər qatarlara yönləndirilib.
Qeyd olunub ki, ekspres qatar istisna olmaqla digər sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.
07:53
Sumqayıtdan Bakı istiqamətinə hərəkət edən ekspres qatarı təyin olunan qrafikdən 30 dəqiqə gec hərəkət edəcək.
Oxu.Az-ın müxbiri xəbər verir ki, gecikmənin səbəbi açıqlanmır.
Sərnişinlər 07:50-də hərəkətə başlayan digər qatara (Sumqayıt-Pirşağı-Bakı) yönləndiriliblər.
Aytac Qasımova