Sumqayıt-Xırdalan-Bakı sürət elektrik qatarlarında gecikmənin səbəbi məlum olub.
Bu barədə Oxu.Az-a Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
Bildirilib ki, texniki səbəbdən bir neçə qatarın hərəkətində qısamüddətli gecikmə olub.
Sumqayıt-Xırdalan-Bakı sürət elektrik qatarlarında gecikmə müşahidə olunub.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlərin sözlərinə görə, 07:48-də hərəkətə başlayan sürət elektrik qatarı 20 dəqiqə, 08:22-də yola düşən sürət elektrik qatarı isə 11 dəqiqə gecikmə ilə Bakı Dəmiryol Vağzalına çatıb.
Aygün Mirakif