Sumqayıt şəhərinin 6-cı mikrorayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən Oxu.Az-a bildirilib ki, saat 10:00-dan işlər tamamlanana qədər 4 000 abonentin qaz verilişi dayandırılacaq.
Buna səbəb həmin ərazidə mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı texniki işlərin aparılmasıdır.
Bu gün Sumqayıt şəhərində 1 300 abonentin qazı kəsiləcək.
Bu barədə Oxu.Az-a Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən balans 87-də ortatəzyiqli diametri 108 mm olan qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 15:30-dan etibarən, 1 300 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qeyd olunan ərazidə qaz təchizatının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.