Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikin yüksəkdozalı istifadəsindən ölüb - YENİLƏNİB + VİDEO
Martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir.
Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.
Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.
11:54
Sumqayıtda narkotik istifadəçisi olan 13 yaşlı yeniyetmə ölüb.
“Report”un yerli bürosu məlumat verir ki 2011-ci il təvəllüdlü Ə.Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb.
İlkin ehtimala görə, o, yüksək dozalı narkotik istifadəsindən sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər