Sumqayıt şəhərində ağacları qurutmaq üçün dibinə neft tökülməsi ilə bağlı rəsmi açıqlama verilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələdən xəbərdardırlar və hazırda qurumun əməkdaşları tərəfindən araşdırma aparılır.
09:26
Sumqayıt şəhərində ağacların dibinə neft töküldüyü iddia edilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Sumqayıt sakini iddia edir ki, şəhərin 18-ci mikrorayon ərazisində olan yaşlı ağacların quruması üçün diblərinə neft tökülüb.
Videonu təqdim edirik:
Əzizə İsmayılova
Rəylər