Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şəhər ərazisində “Nissan” və “Vaz” markalı minik avtomobilləri toqquşub.
Nəticədə deformasiyaya uğramış “Vaz” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Əliyeva Ceyhunə Mustafa qızının cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.