Sumqayıt Şəhər İcra Hakimiyyəti üçüncü mikrorayon ərazisində ağac aşması ilə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacın aşması ilə bağlı icra hakimiyyətinə məlumat daxil olub:
“Hazırda aidiyyəti qurumlar tərəfindən ağacın ərazidən götürülməsi işləri görülür”.




11:02
Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində ağac aşıb.
Oxu.Az xəbər verir ki, beşmərtəbəli binanın qarşısında olan ağac küləyin təsirindən aşıb.
Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, ağacın kökü öncədən kəsilib. Həmin görüntüləri təqdim edirik:



İlhamə Əbülfət