Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsi, 34 ünvanında yerləşən şüşə sexində baş vermiş yanğınla bağlı açıqlama verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 500 kvadratmetr olan şüşə emalı sexinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 600 kvadratmetr olan şüşə qabları istehsalı sexinin yanar konstruksiyaları 80 kvadratmetr sahədə, içərisində olan soba yanıb.
Sexin qalan hissəsi, bitişik anbar və talvar yanğından mühafizə olunub.
22:21
Sumqayıtda sexdə baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.
Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
21:57
Məlum olduğu kimi, bu gün Sumqayıt şəhərində yerləşən sexlərin birində yanğın baş verib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, yanğınla bağlı dərhal polis əməkdaşları hadisə yerinə cəlb olublar.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək işçilərin təxliyyəsi təmin olunur.
20:43
Sumqayıtda sexdə yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.