Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıtda itlər vəhşicəsinə güllələnir - İDDİA
Sumqayıt şəhərində küçə itlərinə qarşı qəddarlıq edildiyi iddia edilir.
"Sumqayıt24"ə verilən məlumata görə, naməlum şəxslər avtomobillə gecə saatlarında "Əlvan Metal" pansionatına gələrək itləri güllələyirlər. Daha sonra heyvan cəsədlərini ərazidə qoyub gedirlər. Bu, sonradan antisanitariya və müxtəlif xəstəliklərə səbəb ola bilər.
"Onlar həftədə bir neçə dəfə gəlirlər. "İş"lərinə başlamaq üçün insanların yatmasını gözləyirlər. Yazıq itlərin səsi ətrafı götürür. Bu cür vəhşilik harada görülüb?" , - deyə şikayətçi narazılığını ifadə edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, məsələ polis tərəfindən araşdırılır.
"Küçə itləri" teqi üzrə xəbərlər
- Sakinlər Bakının mərkəzində qorxu içində YAŞAYIRLAR
- Oğuzda sahibsiz itlər əhalini qorxuya salır
- "Tək bu gün 4-5 nəfər hücuma məruz qalıb" - Xırdalanda sahibsiz itlər problemi hələ də çözülməyib
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
- Səhərə kimi iydən heç kim yatmayıb: Masazırın zibillik problemi niyə həll olunmur?