Sumqayıtda restoranda yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərində restoranın ərazisində ümumi sahələri 40 kvadratmetr və 20 kvadratmetr olan taxta konstruksiyalardan ibarət 2 ədəd kottec yanıb. Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 10 kvadratmetr olan kottecin plastikdən ibarət qapı və pəncərəsi, ümumi sahəsi 30 kvadratmetr olan tikilinin plastikdən ibarət pəncərəsi əriyib. Kottec və tikilinin qalan hissəsi, ərazidə olan digər kotteclər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10:10
Sumqayıtda kafedə yanğın olub.
“Report”un yerli bürosunun xəbərinə görə, yanğın şəhərin 9-cu mikrorayonunda yerləşən kafedə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb, ətraf obyektlərə keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.