Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, üç mərtəbəli ticarət mərkəzində 1000-ə yaxın dükan var.
Hadisə yerinə gələn bu dükanların sahibləri və onların yaxınları mallarını dükanlardan çıxarmağa səy göstərirlər.
Bu səbəbdən hadisə yerində sıxlıq yaranıb. Ərazidə sıxlıq olması səbəbindən yanğınsöndürənlər ticarət mərkəzinə yaxınlaşmasında müəyyən problemlər olub. Lakin buna baxmayaraq yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər görülür.
FHN-in xilasediciləri yanğın baş verən “Karvan” ticarət mərkəzindəki dükanlarına girən 5 nəfəri xilas edib.
Onlarda tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkmiş şəxslər hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım həkimlərinə təhvil veriliblər.
Yanğının səbəbləri hələlik məlum deyil.
Hadisə yerinə polis cəlb olunub. Sumqayıt şəhərinin icra strukturlarının rəhbərləri də hadisə yerindədir.