Ceyranbatan qəsəbəsi yaxınlığında küçədən meyit tapılıb.
Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Pərviz Sultan oğlu Rəhimov ehtimal ki, qəbul etdiyi yüksək dozada narkotik səbəbindən Ceyranbatan qəsəbəsi yaxınlığında küçədə ölüb.
Sakinlər onun cansız bədənini aşkarlayıb və hüquq-mühafizə orqanlarına məlumat verib.
Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təhvil verilib.
Onun Sumqayıtın dördüncü məhəllə adlanan ərazisində yaşadığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli