Sumqayıtda naməlum kişi meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Məlumatda qeyd olunur ki, sentyabrın 9-da Sumqayıt şəhəri Corat qəsəbəsində üzərində zorakılıq əlamətləri görünməyən 25-30 yaşlı kişi meyiti aşkar edilib.
Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Polisdən həmçinin dünyasını dəyişən şəxsin fotosunu da təqdim ediblər. Onu tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt şəhər Polis İdarəsinin (018) 654 -02-02 nömrələrinə zəng etmələri xahiş olunur.
