Sumqayıt şəhərində qadın intihara cəhd edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Sumqayıt şəhər polis idarəsindən verilən məlumata görə hadisə “30-cu məhəllələr” deyilən ərazidə baş verib.
Bildirilir ki, özünü 4-cü mərtəbədən atmaq istəyən qadın sərxoş olub. Qadının həyatına qəsdə cəhdinin səbəbi ailəsi ilə problemlərinin olması olub. İntihara cəhdin qarşısı alındıqdan sonra qadının qeyd edilən məhəllədə kirayə yaşadığı məlum olub.
Həyatına qəsd etmək istəyən qadınla müvafiq söhbətlər aparılıb. Digər xilasedicilər yaranmış əlverişli şəraitdən istifadə edərək mənzilin qapısını açıb və qadını tutaraq intihara cəhdin qarşısı alınıb.