Bir neçə gün bundan öncə Sumqayıtda traktorların da qoşulduğu toy karvanı barədə sosial şəbəkələrdə videoçarx yayımlanmışdı. Videokadrda gəlin aparan maşınlarla yanaşı, 4 traktor da xüsusi bəzənilmiş formada toy karvanına qoşulmuşdu. Dünən sözügedən traktor sahibləri Sumqayıt Şəhər Məhkəməsi tərəfindən cəzalandırılıblar.
Oxu.Az-ın AzadXeber.net-ə istinadən məlumatına görə, bu barədə vəkil Anar Qasımlı məlumat verib.
Vəkilin sözlərinə görə, toy kortejinə qoşulan 4 nəfər traktor sürücüsünə məhkəmə tərəfindən 20 sutka həbs cəzası verilib.