Sumqayıtın İnşaatçılar qəsəbəsi, Rustavi küçəsi ilə Qorki küçəsinin kəsişməsində yer çöküb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, çökmə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib.
Hal-hazırda hadisə yerində Şəhər İcra Hakimiyyətinin nümayəndələri, polislər və FHN-nin əməkdaşları var.
Çöküntüyə səbəb qurunt və yağış sularının yığılması ehtimal olunur.