Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.
Belə ki, qəza zamanı BMW, iki "Toyota", "Hyundai" və "Chery" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində bütün avtomobillərə ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Qaynar xətt:
(055) 224 12 12