Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sürət qatarlarında bələdçi sayının artırılması məsələnin həllinə təsir edəcəkmi?
"Abşeron dairəvi marşrutu üzrə hərəkət edən qatarlarımız Sumqayıt-Pirşağı-Bakı xətti üzrə 10 aralıq stansiya və dayanacaqda, Sumqayıt-Xırdalan-Bakı xətti üzrə isə 2 aralıq stansiyada dayanır. Hər platformada yüzlərlə sərnişinin eyni anda qatara daxil olmaları və qatarın qapılarının vaxtında bağlanmasına maneçilik törədilməsi qatarların platformalardan qismən gecikmə ilə yola düşmələrinə səbəb olur".
Bu fikirləri Oxu.Az-ın sualına cavab olaraq Azərbaycan Dəmir Yollarının (ADY) Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.
O bildirib ki, beynəlxalq təcrübəyə əsasən, günün pik saatlarında sıxlığın qarşısının alınması məqsədilə bələdçi sayının artırılması məsələnin həllinə ciddi təsir etmir:
"Bu baxımdan, sərnişinlərin qatarlara minərkən qapıları saxlaması və bələdçilərin tələblərinə riayət etməməsi bütün sərnişinlər üçün təhlükə yaradır və eyni xətt üzrə hərəkət edən qatarların ardıcıl gecikməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, bələdçilərin tələblərinə riayət olunması, o cümlədən qatarların qapılarına təzyiq edilməsinin hansı risklərə səbəb olacağı ilə bağlı maarifləndirici elanlar hazırlanır və onların qatar və stansiyalarda yaxın günlərdə yayımlanması planlaşdırılır".
Məhərrəm Əliyev
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
- Sürətli qatarla Qazaxa: Könülləri birləşdirən səfər
- ADY-nin departament rəhbəri: "Sərnişinlər müasir qatarlarda səyahət edəcəklər"
- Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verilib
- Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
- ADY iki istiqamətdə əlavə reyslər təyin edib