Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sürət yarışı təşkil edib, "TikTok"da paylaşanlar həbs olundular
"TikTok" sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun "Hyundai" markalı, Surət Əliyevin isə VAZ-2107 markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.
BDYPİ-dən Oxu.Az-a verilən xəbərə görə, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs ediliblər.
"Avtoxuliqanlıq" teqi üzrə xəbərlər
- Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs olunub
- Toy karvanında qaydalar kobud şəkildə pozuldu: 7 sürücü məsuliyyətə cəlb edildi
- Balakəndən təhlükəli görüntülər: Polisə tabe olmayan avtoş qaçdı
- Narkotikin təsiri altında olan sürücü motosikletlə avtoxuliqanlıq etdi - ANBAAN VİDEO
- Qaradağda avtoxuliqanlıq edən sürücü həbs edilib