Onun Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yaraqlılara məxsus saytlar məlumat yayıb.
Məlumata görə, “Muhammed” kimi tanınan azərbaycanlı döyüşçü Suriyanın Şam bölgəsində Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Yaraqlılar onun meyitinin fotosunu yayıblar. Onun Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb.
Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu yaraqlılar tərəfindən sosial şəbəkələrdə yayılıb.
