“Şuşa istiqamətində dəmir yolunun layihələndirilməsi işləri aparılır”.
Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.
C.Qurbanov bildirib ki, bu istiqamətdə layihələndirmə işləri Türkiyə şirkətlərindən birinə həvalə edilib:
“Şuşa dağlıq ərazidir, həmçinin orada tunellər çoxdur. Ölkə başçısı da çıxışlarında Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ona görə də ora, yəqin ki, elektrik qatarları üçün yolun tikintisi vacib olacaq”.
Könül Cəfərli