Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tağı Əhmədovun həyat yoldaşı: "Doğum günümə əbədi hədiyyə qoyub getdi"
"Dünən mənim doğum günü idi. O, mənim doğum günümə əbədi hədiyyə qoyub getdi".
Bu sözləri Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova Oxu.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, oktyabrın 18-i T.Əhmədovun xəstəliyinin 4 ili idi:
"İnsanıq. Bütün hadisələr insanın başına gəlir. Heç kəs heç nə dən sığortalanmayıb, bilinmir 5 dəqiqədən sonra nə olacaq, sabah nə baş verəcək. Getdi, daha bir də qayıtmaz".
S.Əhmədova bildirib ki, Tağı Əhmədov uşaq ürəyinə sahib biri olub:
"Çox gözəl insan idi. Onu kobud, qaba adlandırırlar, amma onun ürəyi uşaq ürəyi kimi idi. Nə bilim. İncisə də, tez barışardı. Ailədə mehriban idi.
Özü o cür xəstə idi, ancaq mənimlə maraqlanırdı. Səhhətimdə yaranan problemi soruşurdu".
Qeyd edək ki, Tağı Əhmədov oktyabrın 18-i axşam saatlarında 75 yaşında vəfat edib.
Aygün Mirakif
"Tağı Əhmədov" teqi üzrə xəbərlər
- Tağı Əhmədovun qəbirüstü abidəsinə külli miqdarda PUL XƏRCLƏNİB
- 70 kiloqram qızılla Türkiyədə saxlanılan azərbaycanlı polkovnik-leytenantla bağlı TƏFƏRRÜAT
- Bu xəbərləri qaçırmayın: 31.10.2024-ün ən mühüm hadisələri
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
- Bu xəbərləri qaçırmayın: 19.10.2024-ün ən mühüm hadisələri