Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tahir Rzayev: “Azərbaycanda su çatışmazlığı ciddi problemə çevrilib”
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da su çatışmazlığı ciddi problemə çevrilib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Rzayev bildirib.
“Kür çayı bəzi ərazilərdə artıq quruyub, çayda, demək olar ki, su yoxdur. Nəinki Kürdə, hətta Arazda da su yoxdur. Bunun da bir neçə səbəbi var. Səbəblərdən biri iqlim dəyişikliyidir. Digər səbəblər isə ölkədə əkin sahələrinin artırılması, eləcə də əhalinin sayının artmasıdır. Yayda pambıq və digər bitkilərin suvarılmasında ciddi problemlər olur. Əgər əvvəllər ölkədə 40-50 min hektarda pambıq əkilirdisə, indi 100 min hektardan çox sahədə pambıq əkilir. Digər kənd təsərrüfatı məhsullarının da əkini çoxdur. Son illər əhali də sürətlə artır. Bəla həm də odur ki, biz sudan qənaətlə istifadə etmirik”, - deyə o qeyd edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
Rəylər