Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tanınmış həkimə cinayət işi açıldı
Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevə cinayət işi açılıb.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Əmirxan Mövlayevlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
İş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib və 10.01.2025-ci ildə hakim Mübariz Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Ramazan oğlu Mövlayev 03.01.1955-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub.
Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışır.
"Cinayət işi" teqi üzrə xəbərlər
- Möhyəddin Orucova hökm oxundu
- Cəbrayıl şəhərciyində ƏMƏLİYYAT - İki nəfər həbs edildi
- Bakıda bir milyon manatlıq dələduzluq edən şəxsə HÖKM OXUNDU
- Bir neçə rayonda qanunsuz ağackəsmə faktı ilə bağlı ARAŞDIRMA - 44 min manatdan çox ziyan vurulub
- Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub, 15 minə yaxın pulunu ələ keçirən şəxsə AĞIR CƏZA