İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti oyun kartını bir manata hərraca çıxaracaq.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Xidməti iyunun 7-də növbəti hərrac keçirəcək.
Həmçinin hərraca 1,2 min manata mebel dəsti, 75 manata “HP” və “Toshiba Satellite” notbukları və 150 manata taxta qayıq satışa çıxarılacaq.
Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud xidmətin e-emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci üç bank günü qalanadək qəbul edilir.
Rəylər