Gürcüstan paytaxtındakı “Lilo Mall” ticarət mərkəzində azərbaycanlı iş adamı Roman İsayevi güllələyən şəxs saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi yerli mətbuata açıqlama verib.
Qeyd olunub ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
21:00
Tbilisidə “Lilo Mall” ticarət mərkəzində silahlı insident baş verib.
Yerli mətbuatın məlumatına görə, hadisə nəticəsində iş adamı, etnik azərbaycanlı Roman İsayev xəsarət alaraq xəstəxanaya aparılıb.
Bildirilir ki, şübhəlilər hadisə yerindən qaçıblar. Əraizyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Biznesmenə gəlincə, başından güllə yarası alan iş adamının vəziyyəti ağırdır.
Qeyd olunur ki, silahlı şəxs ticarət mərkəzindəki tekstil mağazasının sahibi Roman İsayevlə danışmaq üçün onun çölə çıxmasını istəyib, lakin o, bundan imtina edib. Bundan sonra hücum edən şəxs atəş açaraq onu yaralayıb və qaçıb.