Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
TƏBİB: “Biz hazırıq” demək çətin məsələdir” - VİDEO
Heç bir ölkə pandemiya şəraitinə hazırlıqlı ola bilmir.
Oxu.Az-ın müxbiri operativ qərargahın brifinqindən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, ölkədə infeksionistlər, eləcə də, digər ixtisas həkimlərimiz koronaviruslu xəstələrin müalicəsinə cəlb edilib:
“Biz hazırıq” demək çətin məsələdir. Lakin payız mövsümünə hazırlıq işləri aparırıq. Həkimlərimizin bir hissəsinə dincəlmək üçün şərait yaradılıb.
Eyni zamanda, xarici ölkələrdən gələn həkimlər də bu sahədə öz təcrübələrini bizimlə bölüşürlər. Xəstəxanalardakı vəziyyətə gəldikdə isə, onlar bütün zəruri avadanlıqlar və dərman preparatları ilə təmin olunublar”.
Könül Cəfərli
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanda xəstəxanaya yeni direktor TƏYİN OLUNDU
- Qəza ilə bağlı psixoloji dəstək qrupu YARADILDI
- Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi
- İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir
- TƏBİB tabeli tibb müəssisələrinin siyahısında dəyişiklik edildi
Rəylər