"TƏBİB rəhbərliyinin iştirakı ilə hazırda bir qrup həkim-stomatoloqlarla müzakirələr aparılır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, stomatoloqların sözlərinə görə, hər iş otağı üçün onlardan aylıq 1800 manat, bölgələrdə isə 1200 manat pul vəsaiti tələb olunur.
Stomatoloq bildirirlər ki, icarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil və zəruri avadanlıqlarla təmin olunmayıb. Yəni dövlət tibb müəssisələrində stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli və avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir.

Məhərrəm Əliyev