Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
TƏBİB: III doza ilə bağlı iclas keçiriləcək, bəzi şəxslərə yenidən peyvənd vurulacaq – VİDEO
TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitədə koronavirusun III dozası ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Yaxın günlərdə bununla bağlı komitənin iclası keçiriləcək.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.
“Koronavirus peyvəndlərinin ömürlük qoruyuculuq qabiliyyəti yoxdur. Buna görə də gücləndirici dozanın daha effektiv olması ilə bağlı fikirlər var. Bu proses revaksinasiya, yəni təkrar vaksinasiya deyil, sadəcə gücləndirici doza adlandırılır.
Komitənin iclasında kimlərə və nə zaman bu dozanın tətbiq olunması müzakirə olunacaq. Proses yəqin ki, laborator göstəricilərə uyğun olaraq həyata keçiriləcək. Əgər qanda antitellər varsa, III dozanın tətbiqi məntiqli olmaz. Antitellərin səviyyəsi sürətlə düşən, peyvəndlənməsindən və ya koronavirusdan sağalmasından altı ay ötən şəxslərə bunun vurulması müzakirə mövzusu ola bilər”, - deyə o bildirib.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər