Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
TƏBİB sədri koronavirusa görə gündəlik aparılan testlərdən danışdı
“Hazırda ölkədə koronavirusun aşkarlanması üçün istifadə edilən laboratoriyaların sayı 10-dur. Amma onların sayı 15-ə yaxınlaşır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, hazırda üç mindən çox test edilir:
“Yaxın gələcəkdə bu sayı beş minə çatdıracağıq. Testin edilməsi arealı genişləndikcə pozitiv halların aşkarlanması çoxalır. Ölkəmizin regionlarında bütün tibb müəssisələrindən alınan nümunələr əsasında bu, ortaya çıxır”.
“Dövlət və özəl tibb müəssisələrinə tibb işçiləri üçün hazılanan müvəqqəti təlimatlar var. Tibb işçiləri təlimatlarda olan qaydalara əməl etsələr, özlərini qoruya biləcəklər. Onlar digər xəstəliklərin müalicəsi ilə də məşğul olmalıdırlar. Tibb işçiləri diqqətimizdən kənarda qala bilməz”.
Sədr qeyd edib ki, testlərlə bağlı xüsusi logistika planı hazırlanıb.
İlhamə Əbülfət
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlardan daha bir nəfər evə buraxılıb
- Məktəb yoldaşına xəsarət yetirən şagird təhsil müəssisəsindən uzaqlaşdırılıb
- Bakıda özünü qatarın altına atan şəhid qardaşı tələbə imiş
- Vüqar Qurbanov yeni baş həkim təyin etdi
Rəylər