Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
TƏBİB sədri: "Yaralanan vətəndaşlarımızın klinikada qəbulu həyata keçirilir"
"Təyyarə qəzasında yaralanan vətəndaşlarımızın artıq "Yeni Klinika"da qəbulu həyata keçirilir".
Oxu.Az xəbər verir ki, bu barədə "Trend"ə "Yeni Klinika"da olarkən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov məlumat verib.
O bildirib ki, yaralıların bir qismi artıq klinikaya qəbul olunub.
"Yaralıların vəziyyəti dəyərləndirilir. Onların əlavə müayinələrə ehtiyacları təmin olunub. Onlar artıq stasionar müalicə üçün şöbələrə qaldırılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün müayinələr və müalicələr hazırda tibb müəsissəmizdə həyata keçirilir. Məqsədimiz qəzada xəsarət alanların tezliklə sağlamlığına qovuşmasıdır", - sədr qeyd edib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəza nəticəsində ümumilkdə 38 nəfər həlak olub. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ
- Fuad Hüseynəliyev: "Rusiya təyyarənin vurulması ilə bağlı daha dəqiq terminlərlə üzr istəməlidir"
- Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib
- Kaş təyyarəmizi vuranlara ölüm hökmü verilə - Hökumənin atasından REAKSİYA
- Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələrini dərc etdi - DETALLAR
Rəylər