“Nazirlər Kabinetinin qərarı ilə tədris ilinin müddəti təsdiq edilib. Bu, ümumi təhsil haqqında qanundan irəli gələn vəzifə idi. Bu qərar verilənədək həmin müddəalar elə Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi nizamnamədə yer alırdı”.
Oxu.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədəki hesabında bildirib.
O qeyd edib ki, yeni qərar qəbul edildikdən sonra, uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi:
“Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb.
Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə, bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə Nazirlər Kabinetindədir. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir”.
C.Valehov əlavə edib ki, yəni bu sənəddə hər hansı tətilin ləğv olunmasından söhbət getmir.
Rəylər