Təhsildə Keyfiyyət Təminatı Agentliyində yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayevin müvafiq əmri imzalayıb.
Nazirin əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə Fərid Osmanov təyin olunub.
Qeyd edək ki, Fərid Osmanov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu illərdə Koreya İnkişaf İnstitutu İctimai Siyasət Məktəbində magistr təhsili alıb.
2011-2014-ci illərdə “Bakcell” MMC şirkətində, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazırliyinin audit şöbəsində, 2020-ci ildə Sumqayıt Texnologiyalar Parkında və 2020-2021-ci illərdə Türkiyə Respublikasının “Molen Group” şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Könül Cəfərli