“Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri elektron qaydada ödəniləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev “Real” TV-də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qəbul edilən qərardan sonra tələbələr təhsil aldıqları müəssisəyə müvafiq məlumatları təqdim etməlidir:
“Təhsil müəssisələrinə ödəniş elektron qaydada həyata keçiriləcək. Hazırda bununla bağlı altsistem formalaşdırılır. Təhsil müəssisələrində olan məsul şəxslər tələbələrin məlumatlarını elektron sistemə daxil edəcəklər.
Daha sonra ödənişlər təhsil müəssisələrinə köçürüləcək. Tələbələrin də mobil telefonlarına bununla bağlı məlumat göndəriləcək”.
“Ödənişlər təhsil müəssisələrində yaz və payız semestrində ödəniləcək. Peşə təhsilində isə birinci və ikinci yarımilliklərdə ödəniş nəzərdə tutulur”, - deyə nazir müavini qeyd edib.
İlhamə Əbülfət
Rəylər