Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Telefondan istifadənin qadağan olunduğu məktəblərin sayı artırılır - RƏSMİ
"Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub".
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı məlumat yayıb.
O bildirib ki, şagird davranış qaydalarının işlədiyi müəssisələrin əhatə dairəsi genişləndiriləcək, daha çox məktəbdə tətbiq ediləcək.
"Xüsusi hallar istisna olmaqla, ümumi təhsil müəssisələrində dərs prosesi zamanı ağıllı telefonlar, ağıllı saatlar və digər bu tip elektron cihazların istifadəsi tövsiyyə olunmur. Bu və bu kimi digər istiqamətlərdə mütəmadi olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumlarla birlikdə məktəblərdə monitorinq və yoxlamalar aparılır, müvafiq profilaktik və maarifləndirmə tədbirləri həyata keçirilir", - deyə o, qeyd edib.
Aləmdə Nəsib
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Yeni yayılan respirator virus məktəblərdə davamiyyətə necə təsir edib?
- Şagirdlərin bıçaqla məktəbə gəlmələrinin qarşısını necə alaq?
- Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
- Bu il məktəblərdəki yoxlama nəticəsində 70 nəfər işdən çıxarılıb
- Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir
Rəylər