Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək
AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəniləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının qərarında deyilir.
Qərara əsasən, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar
- Azərbaycan təyyarə qəzasının MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını rədd edib
- Baş nazir Əli Əsədov Qazaxıstanın Bakıdakı səfirliyində olub
- Nazir: "Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir"
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?