Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İnsanlar təyyarə qəzasında həlak olanların xatirəsini Bakı hava limanında anırlar
İnsanlar təyyarə qəzasında həlak olanların xatirəsini yad etmək üçün Bakı hava limanına axın edirlər.
Oxu.Az həmin görüntüləri təqdim edir:
Dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer" təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında guşə yaradılıb.
Oxu.Az xəbər verir ki, vətəndaşlar yaradılmış xatirə guşəsinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad edirlər.
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin ehtimallara görə, hadisəyə səbəb hava gəmisinin quş dəstəsiylə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.
Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır