Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tibbi arayışın etibarlılıq müddəti azaldılıb?
Bəzi sosial şəbəkə istifadəçiləri sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayışın etibarlılıq müddətinin üç ildən bir aya salındığını yazır.
Nəticədə imtahandan kəsilən şəxs bir ay sonra yenidən sürücülük vəsiqəsi əldə etmək üçün imtahan vermək istəyəndə ona təkrar sağlamlıq arayışı lazım olur. Bir dəfə bu arayışı əldə etməyin qiyməti isə 41 manatdır.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Aygün Xəlilova deyib ki, həmin arayışlara etibarlılıq müddəti üç il deyil, bir ay şərti olaraq qeyd edilir. Onun sözlərinə görə, müayinəsi aparılan vətəndaşda 1 ay sonra hər hansı bir ciddi problem yarana bilər. Buna görə də onun təkrar yoxlanması zəruridir.
Vətəndaşlar forma 83-ü elektron olaraq da əldə edə bilərlər. Hər iki halda tibb müəssisəsinə ilkin müraciət, laborator analizlərin verilməsi, həkim qəbullarından keçmək zəruridir.
Sürücülüyə yararlı olmaq barədə tibbi arayış Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Forma 83-də vətəndaşın mövcud vəziyyəti dəyərləndirilir və praktiki sağlam olması ilə bağlı qeydlər aparılır.
Ətraflı "Xəzər Xəbər"in süjetində:

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Sabunçu Tibb Mərkəzinin ad günü şənliyi keçirən şöbə müdiri işdən qovuldu
- Uşaq stomatologiyası sığortaya keçiriləcək? - Diş həkimləri yenidən TƏBİB-in qəbulunda
- Qaxda qəzaya düşən ailənin bir üzvü xəstəxanada öldü
- Zəhərlənərək ölən Dərya tatu ustası imiş - DETALLAR
- Bayram günlərində təcili tibbi yardıma neçə müraciət daxil olub?