Azərbaycanda ilk dəfə tibbi rezidenturanı bitirənlər ölkənin regionlarında yerləşən müxtəlif tibb müəssisələrinə təyinatla göndərilərək orada icbari şəkildə üç il işləməlidirlər.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.
Onun sözlərinə görə, respublikada həkim çatışmazlığı rayon tibb müəssisələrində müşahidə edilir. Ona görə də rezidenturanı bitirənlər rayonlarda vakansiya olan yerlərə göndəriləcəklər.
2011-ci ildən Azərbaycan Tibb Universitetinin məzunlarının təyinat sistemi ləğv edilib. Bu isə tibbi təhsildə rezidentura səviyyəsinə keçidin tətbiq olunması ilə əlaqədar idi.
Bu qərardan sonra işə daxil olmaq istəyən məzunlar Səhiyyə Nazirliyinin vakant yerlərin tutulması üçün elan etdiyi müsabiqədə iştirak etməlidirlər. (Trend)