Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısına avtobusların GİRİŞİ MƏHDUDLAŞDIRILDI
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ" - "Lion" oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 14:00-dan avtobusların girişi məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd olunub ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək, onların maneəsiz hərəkətləri təmin ediləcək.
Məhdudiyyətlə əlaqədar 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri dəyişdirilərək, müvəqqəti olaraq "Gənclik Mall" qarşısındakı dayanacaqdan təşkil edilib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Biləcəridəki yolda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Son beş gün ərzində Bakıya region avtovağzallarından 25 mindən çox sərnişin daşınıb
- Nişanlar olmayan yol: Tez-tez qəzalar baş verir
- Bakıda qoşa xətlərin silinməsi sürücülərin cərimələnməsinə səbəb olur
- Əhalinin NƏZƏRİNƏ: Sabah Bakının bir küçəsi nəqliyyat üçün BAĞLANACAQ