Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublunun həbs qətimkan tədbirinin uzadılması işinə baxılıb.
“Report” xəbər verir ki, onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.
Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Rəylər