Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Toy etmək istəyənlərin NƏZƏRİNƏ: “Hər şey yoluxmanın sayından və...” - RƏSMİ AÇIQLAMA
“Sərbəstlik artdıqca, yoluxmaların sayında da artım olub”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, bu fonda toyların keçirilməsi və şadlıq saraylarının işləməyə başlaması bir qədər problemlidir:
“Hər şey yoluxmanın sayından və bizim sosial məsuliyyətimizdən asılıdır. Bəlkə də, yoluxmaların sayı artmasaydı, biz bu gün burada daha çox yumşalmadan danışa bilərdik”.
“Bir gündə 230 nəfərdə virus aşkarlanması böyük rəqəmdir. Ona görə də, hər şey yoluxmanın səviyyəsindən asılıdır”, - deyə, o qeyd edib.
İlhamə Əbülfət
Rəylər