“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 8426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.
İmtahanda iştirak edən 7873 abituriyentdən 6631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. 7873 nəfərin 1242-ü “qeyri-məqbul” qiyməti alıblar.
Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
Qeyd edək ki, imtahanın nəticələri aprelin 27-də TQDK-nın internet saytında yerləşdirilib.
15.48
Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilmiş imtahanın nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Oxu.Az-a verilən xəbərə görə, nəticələrlə iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.
Yaxın dəqiqələrdə nəticələr TQDK-nın internet saytında da yerləşdiriləcək.
E.Ə.
www.oxu.az