Astara rayonunda baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, sürücü T.Əliyev idarə etdiyi QAZ-6601 markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsinin yük yerində olan sərnişin 31 yaşlı R.Zamanov asfalt örtüyünün üzərinə yıxılıb.
Sərnişin aldığı xəsarətlər nəticəsində ölüb.
Hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bədbəxt hadisə zamanı həyatını itirən tur rəhbəri Rusif Zamanovun şəkilləri yayılıb.
Oxu.Az həmin fotoları təqdim edir:


Lerik rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, bədbəxt hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kənddə turistlərə bələdçilik edən tur rəhbəri Lerik rayonunun Günəşli kənd sakini, 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb.
Nəticədə, o, baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Aqil Vəlili