Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, qonaqlara məqbərə barədə ətraflı məlumat verilib, bu məkanın da işğalda olduğu müddət ərzində tamamilə dağıdıldığı bildirilib.
Vurğulanıb ki, işğaldan azad edildikdən sonra Vaqifin məqbərəsi dövlət tərəfindən bərpa edilib. Qonaqlara məqbərənin işğaldan əvvəlki və işğal dövrünü əks etdirən fotoları göstərilib.
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Şuşa şəhərinə səfər ediblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutub.
Qonaqlar Şuşaya səfər zamanı Zəfər abidəsi, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.