Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə-İran sərhədində güclü zəlzələ Naxçıvanı da silkələdi
Türkiyə-İran sərhədində güclü zəlzələ baş verib.
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələnin maqnitudası 5,9, episentri 2 km dərinlikdə olub.
Bildirilib ki, yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-5 bal gücündə hiss olunub.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar