Türkiyə səhiyyə nazirinin müavini Tolqa Tolunay və Müdafiə Nazirliyi Tibb xidməti rəisinin müavini general-mayor Durmuş Aydemir Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalına gəliblər.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, nazir müavini və general hospitalda yaradılmış şəraitlə tanış olublar.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onlara yaradılmış şəraitlə bağlı məlumat verib.
Hazırda onlar hospitalda müayinə olunan xəsarət almış şəxslərin son durumu ilə maraqlanıblar.