Türkiyə Azərbaycanla əməkdaşlıq barədə bir sıra qanunları ratifikasiya edib.
Oxu.Az Vzqlyad.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Rəsmi Gazete”sində dərc edilib.
Üç qanun – meşə təsərrüfatı sahəsində əməkdaşlıq, polis əməkdaşlarının birgə tədris keçməsi və KİV sahəsində əməkdaşlıq barəsində qanunlar ratifikasiya edilib.
Hər üç qanun bu gündən etibarən qüvvəyə minir.